Psixoloqlar Gününə həsr olunmuş “Konflikt psixologiyası: səbəblər, təzahür formaları və onun həlli yolları” seminarı

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Sosial Psixologiya şöbəsi sizi 10 May – Psixoloqlar Gününə həsr olunmuş tədbirə dəvət edir. Tədbirdə siz Sosial Psixologiya şöbəsinin müdiri, dosent Ceyhun Alıyevin “Konflikt psixologiyası: səbəblər, təzahür formaları və onun həlli yolları” mövzusunda məruzəsini dinləyəcək, həmçinin institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında “Təqdimetmənin psixologiyası” mövzusunda çıxışı, eyni zamanda gənc psixoloqun həmin mövzuda apardığı tədqiqat işini izləyəcəksiniz.
Tədbir 10.05.2019-cu il tarixində, saat 10:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək.
Tədbirdə iştirak ÖDƏNİŞSİZDİR!

Tədbirdə iştirak etmək üçün ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!

BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/what’s App).

Online Qeydiyyat