“UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” ELMİ-PRAKTİK KONFRANS

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi sizi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” adlı ELMİ-PRAKTİK KONFRANSA dəvət edir.
Konfransda hər biri öz sahəsində peşəkar olan 5 mütəxəssis sizin görüşünüzə gələcək.

1. Narınc Rüstəmova – Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq.
Mövzu: “Cinsi tərbiyə, yoxsa cins və tərbiyə?”.

2. Nərmin Quliyeva – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq.
Mövzu: “Uşaqlarınızdan ayrılmayın”.

3. Ayna Hümbətova – Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və Yaş fiziologiyası şöbəsinin böyük elmi işçisi.
Mövzu: “Rəsmlərdə gizlənən uşaqlar”.

4. Elxan Bəylər – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, p.e.d.
Mövzu: “Küləklə sovrulan uşaqlar”.

5. Surpriz qonaq.
Mövzu: “Valideynlərə uşaqlar barədə”.

Konfransda məruzələrdən başqa, həm də qrup terapiyası və uşaqlar üçün əyləncəli oyunlar təşkil olunacaq.

Konfransın keçiriləcəyi məkan: Psixologiya Elmi-Tədqiqat İnstitutu

Konfransın keçiriləcəyi tarix: 01.06.2019 , saat:10:00-13:00

Yaşından və statusundan asılı olmayaraq hər kəs “UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” KONFRANSINDA iştirak edə bilər.
Konfransda iştirak ÖDƏNİŞSİZDİR!
İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/what’s App). 

Online Qeydiyyat