II Könüllü Fəaliyyət Qrupu – “Praktik Psixologiya” Kursu

08.07.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllü Fəaliyyət Proqramının üzvləri üçün təşkil olunmuş Praktik Psixologiya Kursunun ilk dərsi baş tutdu. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu Xəyalə Zalıyevanın tədris etdiyi dərsdə müraciət edən şəxslə ilk görüş, ilkin seans qaydaları haqda ətraflı məlumat verildi, həmçinin könüllüləri maraqlandıran suallar cavablandırıldı. Praktik çalışmalarla zəngin keçən dərs üçün Xəyalə xanıma təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar arzu edirik.

Online Qeydiyyat