Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası

09.09.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi. Yeni iş mövsümünün ilk iclasında institutun sədri Elnur Rüstəmov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, mərkəzin mütəxəssisləri, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və həmin şöbənin əməkdaşları iştirak etdilər. İclasda ötən ay ərzində müraciət edən şəxslərin problemləri ilə bağlı statistik göstəricilərə nəzər salındı, yeni fəaliyyət planı təqdim olundu, təkliflər dinlənildi, qarşıda həyata keçirilməsi nəzərdə tutulan yeni ideyalar müzakirə edildi.
Biz də institutumuzun hər bir əməkdaşına yeni iş mövsümündə uğurlar, yeni nailiyyətlər arzu edirik.

Online Qeydiyyat