“Məktəb psixoloqlarının peşəkar inkişafı” kursu

Məktəb psixoloqlarına şad xəbərimiz var!
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi “MƏKTƏB PSİXOLOQLARININ PEŞƏKAR İNKİŞAFI KURSU”-nu təqdim edir.
Çoxdandır gözlənilən kurs Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov tərəfindən tədris olunacaq.
Ümumi 12 saat müddətində, hər biri 3 saat olmaqla, 4 modul üzrə davam edəcək.
İlk modul 25.10.2019 tarixində, saat 15:00-18:00-da baş tutacaq və hər həftənin cümə günü eyni saatlarda olmaqla 4 həftə davam edəcək.
Kursun sonunda hər bir iştirakçıya SERTİFİKAT təqdim ediləcək.
Məhdud sayda yerlər üçün qeydiyyat başlamışdır.
Öncədən qeydiyyat mütləqdir.
Daha ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what’s App).

Online Qeydiyyat