“Klinik Psixologiyada Araşdırma Metodları – SPSS Proqramı” Kursu

Psixologiya Elmi-Tədqiqat İnstitutu ilk dəfə olaraq “Klinik Psixologiyada Araşdırma Metodları – SPSS Proqramı” Kursunu təqdim edir.
Kurs proqramı Xəzər Universitetinin Psixologiya Departamentinin müəllimi, klinik psixoloq Nilufər Əlizadə tərəfindən tədris ediləcək.
Kurs 12 saat müddətində 4 modul üzrə davam edəcək.
Hər həftənin şənbə günü saat 14:00 – 17:00-da tədris olunacaq kursun ilk modulu 14.12.2019 tarixində baş tutacaq.
Kursda iştirak ödənişli, iştirakçı sayı məhduddur.
Kursu uğurla bitirənlərə Sertifikat təqdim ediləcək.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat