“Praktik Psixologiya” Kursu

Psixologiya Elmi-Tədqiqat İnstitutu 2020-ci ilin ilk kursu – Praktik Psixologiya Kursunu təqdim edir.
Kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən tədris olunacaq. Proqramı 18 saatı əhatə edən Praktik Psixologiya Kursu öz icazəsi olmaqla real pasientlərin iştirakı ilə 6 modul üzrə tədris ediləcək. Hər modul həftədə 1 dəfə 3 saat müddətində davam edəcək.
Kurs ödənişli əsaslarla tədris olunacaq. İştirak edən hər kəsə sonda SERTİFİKAT təqdim ediləcək.
1 qrupda 15 nəfərin iştirakı nəzərdə tutulub.
İlk modul 11 Yanvar 2020, saat 10:00-13:00-da baş tutacaq.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəmiz: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat