“Sosial fobiya”-nın aradan qaldırılmasına yönəlmiş Qrup Terapiyası

Sosial fobiya aradan qaldırıla bilməyəcək bir problem deyil, sadəcə problemin ən effektiv həlli yolunu tapmaq lazımdır. Odur ki, biz sizi sosial fobiyanıza bizimlə birlikdə qalib gəlməyə dəvət edirik.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Sosial fobiya”-nın aradan qaldırılmasına yönəlmiş Qrup Terapiyasını təqdim edir.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, həmçinin Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi Əli Xəlilov tərəfindən aparılacaq qrup terapiyasının proqramına daxildir: • Sosial fobiya və onun xüsusiyyətləri; • Sosial fobiyanın simptomları və yaranma səbəbləri; • Sosial fobiya testi və individual diaqnostika; • Sosiofobun davranış pozuntuları; • Psixoterapevtik sessiyalar; • Sosial dəstəyin təcrübəsi; • Utanmaq və cəmiyyət içində sıxılma hisslərinə qalib gəlmək; • Təşviş və həyəcan hisslərinin azalması; • Qrup terapiyasına giriş və stabil iştirak; • Kontaktın effektiv qurulması və saxlanması; • Digər eyni problemi olan iştirakçılarla tanışlıq və ünsiyyət; • Kiçik qruplarda iştirak və işləmə; • Təcrübə mübadiləsi; • Özgüvənin artmasının təmin olunması; • Ünsiyyət bacarıqlarının yaranması və inkişafı; • Qrupdaxili aktivliyin təmin olunması; • İnteraktiv təcrübə və tapşırıqların icrası; • Qrupxarici tapşırıqlar və aktivlik; • Sosial fobiyadan qurtulmaq üçün praktik texnikalar; • Təşviş və həyəcanın idarə olunması.
Qrup Terapiyası 1 ay müddətində, həftədə 1 dəfə 2 saat aparılacaq.
Qrupda iştirakçı sayı 8-10 nəfər təşkil edəcək.
Qrup Terapiyası ödənişlidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat