“Ailədə cinsi münasibətlər psixologiyası” təlimi

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi yeni ilin ilk təlimini təqdim edir. “Ailədə cinsi münasibətlər psixologiyası” mövzusuna həsr olunmuş təlim Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının doktorantı, psixoloq Gülər Məmmədovanın təqdimatında keçiriləcək.
İştirak edən hər kəsə Sertifikat təqdim ediləcək.
18 yanvar saat 12:00-14:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda cəmiyyətimizin maariflənməsində mühüm rol oynayan mövzuya həsr olunmuş seminarımızda hər kəsi gözləyirik.
İştirak ödənişlidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat