“Özgüvən” probleminin aradan qaldırılmasına yönəlmiş qrup terapiyası – 2

25.01.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Özgüvən” probleminin aradan qaldırılmasına yönəlmiş qrup terapiyasının növbəti seansı keçirildi.
Qrup terapiyası Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Nuranə Salmanlı tərəfindən həftədə 1 dəfə, hər həftənin şənbə günü aparılır.
Qrup terapiyasında praktik çalışmalar işlənilir, həmçinin iştirakçılara növbəti seansa qədər gündəlik ev tapşırıqları verilir.
Siz də qrup terapiyamıza qoşulmaq üçün bizimlə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat