IV Könüllü Fəaliyyət Qrupu – “Psixosomatik pozuntular”

lV Könüllü Fəaliyyət qrupunun üzvləri üçün növbəti təlimimiz 06.02.2020 tarixində keçirildi. “Psixosomatik pozuntular” mövzusunda təlim Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Nuranə Salmanlının təqdimatında baş tutdu.
Nuranə xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.
Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Nuranə xanıma təşəkkürümüzü bildirir, lV Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Online Qeydiyyat