“Qısamüddətli Həll Mərkəzli Terapiya” master class – Modul 1

Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyevanın təqdimatında 10 saatlıq “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının 1-ci modulu bu gün, 14.02.2020 tarixində baş tutdu.
1-ci modulda həll mərkəzli terapiyanın tarixi və yaranması, pasient ilə terapevtik ünsiyyətin qurulması, pasient tipləri, problemi üzə çıxarmaq, məqsəd və hədəfin müəyyən olunması mövzuları üzrə iştirakçılara ətraflı məlumat verildi, həll mərkəzli terapiya texnikaları: dərəcələmə sualları, möcüzə sual, istisna suallar, təriflər, problem normallaşdırma texnikası, yaz-oxu-yandır texnikası, sürpriz hazırlama və s. texnikaların təcrübədə tətbiqi qaydaları öyrədildi, qrup məşğələləri keçirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Mətanət xanıma zəngin bilik və təcrübəsini gənc mütəxəssis və tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, masterclass iştirakçılarına növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik!

Online Qeydiyyat