Tələbə Təcrübə Proqramı 2 – “Posttravmatik stress pozuntusu”

26.02.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev institutumuzda praktik təcrübə keçən, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələrinə “Posttravmatik stress pozuntusu” mövzusunda təlim tədris etmişdir.Nəzəri və praktik məlumatlarla zəngin təlim üçün Ceyhun Alıyeva təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar diləyirik.

Online Qeydiyyat