Psixologiya Elmi-Tədqiqat İnstitutu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi (Media).

Psixologiya Elmi-Tədqiqat İnstitutu bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.

Bu barədə “Ölkə.Az”a Psixologiya Elmi-Tədqiqat İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 min manat məbləğində vəsait köçürüb.

http://olke.az/news/detail/psixologiya-elmi-tedqiqat-institutu-koronavirusla-mubarizeye-destek-fonduna-iane-etdi-185145/

Online Qeydiyyat