Canlı yayım – “İdman və Psixologiya”

Dəyərli izləyicilərimiz, sabah daha bir canlı yayımla sizin görüşünüzə gələcəyik.
Canlı yayım 24.05.2020 tarixində saat 22:00-da Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi Leyla Əliyevanın təqdimatında @psixologiya_institutu səhifəsində baş tutacaq.
Qonağımız klinik psixoloq, eyni zamanda idman psixoloqu Fəxriyyə Nəsirzadə “İdman və Psixologiya” mövzusunda öz bilik və təcrübələrini sizinlə paylaşacaq, həmçinin ünvanladığınız sualları cavablandıracaq.
Fəxriyyə xanım mövzunun qeyd olunan istiqamətləri üzrə çıxış edəcək:
☑️İdman psixologiyası ve tarixi;
☑️İdman psixoloqu və idmançı;
☑️Trenerlər ve idmançılara yanaşma növləri;
☑️ Cinsiyyət ve idman;
☑️Yaş ve idman;
☑️Yarış, performans, azarkeş;
☑️Psixoloji hazırlıq- yarış anı və yarış sonrası; ☑️Qalibiyyət və ya məğlubiyyət;
☑️Beyin fiziologiyası ve idmançı performansı; ☑️Beyin dalğaları ve diqqət;
☑️Empatiya ve idman;
☑️Narsizm ve idman;
☑️Hədəfə istiqamətlənmə.
Hər birinizi suallarınızla birlikdə canlı yayımda gözləyəcəyik.

Online Qeydiyyat