“Biz susaq, əllərimiz danışsın” vebinarı

Dəyərli izləyicilərimiz, bir çoxlarınızın böyük həvəslə və maraqla gözlədiyiniz vebinar proqramını sizə təqdim edirik: “Biz susaq, əllərimiz danışsın”.
Vebinar Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistrantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun lV Könüllü Fəaliyyət Qrupunun üzvü Aytac Qədirovanın təqdimatında baş tutacaq. Vebinarda sizə işarə dilinin öyrənilməsi üçün ilkin məlumatlar veriləcək.
Vebinar 02.08.2020 tarixində, saat 18:00-da Zoom proqramı vasitəsilə keçiriləcək.
İştirak ödənişsizdir.
Vebinarda iştirak etmək istəyənlərin öncədən qeydiyyatdan keçməsi zəruridir.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəmiz : 070 268 27 08 (mobil / what’s App)

Online Qeydiyyat