“Uşaqlarda günlük rejimin formalaşması: psixoloq və dietoloq yanaşması” vebinarı

Dəyərli izləyicilərimiz, öyrədici vebinarlarımız davam edir.

Boş zamanınızı səmərəli dəyərləndirməyiniz üçün daha bir öyrədici vebinarımızı təqdim edirik.

“Uşaqlarda günlük rejimin formalaşması: psixoloq və dietoloq yanaşması” adlı vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və Can klinikasının dietoloqu Ceyhunə Yusifovanın təqdimatında baş tutacaq.

Bol informasiyalı vebinar 12.12.2020 tarixi, saat 19:00-da ZOOM proqramı ilə keçiriləcək.

Vebinarda iştirak ödənişsizdir.

İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz mütləqdir!

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat