Məktəb psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı (tanıtım)

Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi Məktəb psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramını təqdim edir.

Nəzəriyyə və praktikanı özündə birləşdirən 65 saatlıq təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunacaq.

Təlimlər 4 ay müddətində həftəiçi və həftəsonu, səhər və axşam olmaqla iki qrup üzrə həftədə 2 dəfə tədris olunacaq.

Proqramı bitirənlər məktəb psixoloqunun işinin təşkilinə dair nəzəri və praktik baza biliklərə yiyələnmiş olacaqlar.

Təlimlər ödənişli əsaslarla tədris olunacaq, iştirakçılara təlim materialları və Sertifikat təqdim ediləcək.

Təlimlə maraqlanan hər bir məktəb psixoloquna təlim proqramı göndəriləcək, həmçinin 15.01.2021 tarixində saat 12:00-da Microsoft Teams platforması üzərindən təlim proqramının tanıtım görüşü keçiriləcək.

Tanıtım görüşündə iştirak ödənişsizdir.

Ətraflı məlumat və qeydiyyat üçün əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat