“Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixoloji və nevroloji aspektləri” vebinarı

18.01.2021 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu.

“Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixoloji və nevroloji aspektləri” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və 4 saylı poliklinikanın nevroloqu Vəfa Əzimovanın təqdimatında baş tutdu. Mütəxəssislərin hər biri mövzuya öz sahəsi üzrə peşəkar yanaşma ilə çıxış etdi, daha sonra iştirakçıların suallarını cavablandırdı.

Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mətanət xanıma və Vəfa xanıma öz dəyərli zamanlarından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti təlim və vebinarlarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!

Online Qeydiyyat