Məktəb psixoloqları üçün “Yeniyetmələrdə cinsi tərbiyə” vebinarı

Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir.

Növbəti vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında tədris olunacaq.

“Yeniyetmələrdə cinsi tərbiyə” mövzusunda vebinar 25.04.2021 tarixində saat 13:00-da Microsoft Teams platforması üzərindən həyata keçiriləcək.

Vebinarda yalnız məktəb psixoloqları iştirak edə bilər. İştirak ödənişsizdir.

İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz mütləqdir!

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat