“Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

28.04.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında 53 nömrəli tam orta məktəbin abituriyentlərinə, Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazadənin təqdimatında 247 nömrəli tam orta məktəbin abituriyentlərinə eyniadlı təlimlər tədris olunmuşdur.

Təlimlərin keçirilməsində məqsəd abituriyentlərdə stress və imtahan həyəcanının idarə olunması, özünəinam və motivasiyanın yüksəldilməsidir.

Uğurla tədris olunan təlimlər üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, abituriyentlərə uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Online Qeydiyyat