“Cəmiyyətin bəlası-məişət zorakılığı” adlı maarifləndirmə xarakteri daşıyan onlayn görüş keçirilib.

28 aprel 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramları çərçivəsində 2020-2023-cü illər üçün Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Dövlət proqramını rəhbər tutaraq “Cəmiyyətin bəlası-məişət zorakılığı” adlı maarifləndirmə xarakteri daşıyan onlayn görüş keçirilib.Görüşün məqsədi – gələcəyimiz olan uşaqları haqsızlıqdan, ədalətsizlikdən, bütün təhlükələrdən qorumaq və uşaqlar arasında tərbiyəvi əhəmiyyətli maarifləndirmə işləri aparmaqdır.

Görüşdə – Azərbaycan ziyalısı,ictimai xadim, hüquqşunas, “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev, Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin, İctimai təhlükəsizlik idarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə xanım Ələkbərova, Psixologiya Elmi-Tədqiqat İnistitutunun sədri, psixoloq Elnur Rüstəmov, Yevlax şəhər Təhsil Şöbəsinin müdiri Namidə xanım Abbasova, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə xanım Abdullayeva, mərkəzin əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak ediblər.

Məişət zorakılığına həsr olunmuş videoçarx nümayiş edilib. Görüşdə iştirak edən qonaqlar bu mövzu ətrafında çıxış edərək maarifləndirici müzakirələr aparıb və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı”,“Bədii qiraət”, “Nitq mədəniyyəti” dərnəyinin üzvlərinin suallarını ətraflı cavablandırıblar. Həmçinin Mərkəzin dərnək üzvləri cəhaləti, savadsızlığı və cəmiyyətdə baş verən nöqsanları öz şeirlərində satirik formada tənqid etmiş Azərbaycanın görkəmli şairi M.Ə.Sabirin “Oxutmuram əl çəkin”, “Xandostu amandı qoyma gəldi” şeirləri ilə çıxış ediblər.

Online Qeydiyyat