Klinik Psixologiya kursu

Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə tədris olunacaq KLİNİK PSİXOLOGİYA KURSU-nu sizə təqdim edirik.

Kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva və həmin mərkəzin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında tədris olunacaq.

Kursun proqramı 25 saatı əhatə edir, 12 moduldan ibarətdir.

Kurs hər həftənin cümə axşamı, saat 16:00-da tədris ediləcək, hər dərs 2 saat davam edəcək.

Kursun ilk modulu 20.05.2021 tarixində baş tutacaq.

Kursda iştirak edən hər kəsə hər dərs modullar üzrə materiallar təqdim ediləcək.

Klinik Psixologiya Kursunun sonunda kurs proqramına əsasən imtahan keçiriləcək və imtahandan 50%+ nəticə göstərən şəxslərə SERTİFİKAT təqdim ediləcək.

Kursda 10 nəfərin iştirakı nəzərdə tutulub. Odur ki, məhdud sayda yerlər üçün qeydiyyatdan keçməyə tələsin.

İştirak ödənişlidir.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mob/ what’s App).

Online Qeydiyyat