Psixo-help – “Abituriyentlərdə demotivasiya problemi”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” layihəsini davam etdirir.

Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Layihə çərçivəsində növbəti görüş 22.05.2021 tarixində saat 13:00-da baş tutacaq.

Qonağımız Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlı, mövzu isə “Abituriyentlərdə demotivasiya problemi” olacaq.

İştirak ödənişsizdir. İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Online Qeydiyyat