“Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” vebinarı

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsi valideynlər üçün maarifləndirici vebinarı təqdim edir.

“Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” adlı vebinar Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və ginekoloq-endokrinoloq Gülnarə İsmayılovanın təqdimatında baş tutacaq.

Vebinar 28.05.2021 tarixində saat 17:00-da Zoom platformasında həyata keçiriləcək.

İştirak ödənişsizdir.

Zoom platformamızda 1000 nəfərlik kontingent var və ilk qeydiyyatdan keçən 1000 nəfərin iştirakı mümkün olacaq.

Ətraflı məlumat və qeydiyyat: 070 268 27 08 ( mobil / what’s App)

Online Qeydiyyat