Məktəb psixoloqları üçün Nəzəri-Praktik Təlim Proqramı başa çatdı.

20.02.2021 tarixində başlayan və 4 ay müddətində davam edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin təqdim etdiyi məktəb psixoloqları üçün Nəzəri və praktik Təlim Proqramı uğurla başa çatdı.

Kursda iştirak edən hər kəs öz xoş təəssüratlarını və 4 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat İnstitutu, o cümlədən Mətanət xanım və Mələk xanım haqqında xoş fikirlər səsləndirdi.

Nəzəriyyə və praktikanı özündə birləşdirən 65 saatlıq təlim proqramı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Bakı Dövlət Universitetinin doktorantı və müəllimi, psixoloq Mətanət Əliyeva və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunmuşdur.

Təlimlər Zoom platforması üzərindən saat 16:00-18:00 aralığında olmaqla həftədə 2 dəfə tədris edilmişdir.

Proqramı bitirənlər məktəb psixoloqunun işinin təşkilinə dair nəzəri və praktik baza biliklərinə yiyələnmişdir.İştirakçılara təlim materialları və Sertifikat təqdim edilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də yüksək peşəkarlıqla tədris olunan kurs üçün əməkdaşımız Mətanət xanım və Mələk xanıma təşəkkürümüzü bildirir, iştirakçılara əldə etdikləri bilik və təcrübəni öz karyeralarında uğurla tətbiq etməyi arzu edirik!

Online Qeydiyyat