“Abituriyentlərin imtahana psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması” vebinarı

Dəyərli izləyicilərimiz Psixologiya Elmi-Tədqiqat İnstitutu ” Abituriyentlərin imtahana psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması ” adlı vebinarı təqdim edir.

Vebinarın məqsədi abituriyentlərin imtahandan 1 gün öncə və imtahan zamanı diqqət edilməli olan məqamları abuturiyentlərin nəzərinə çatdırmaq, həmçinin onlara imtahan zamanı həyəcan və stressi doğru formada idarə etmələri üçün texnikaların öyrədilməsidir.

Vebinar 13.07.2021 tarixində saat 13:00 da baş tutacaq.

Vebinar Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi , psixoloq Leyla Əliyeva tərəfindən keçiriləcək.

İştirak ödənişsizdir. İştirak etmək üçün ilkin qeydiyyat mütləqdir!

Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App )

Online Qeydiyyat