Müsahibə – “Ailədaxili şiddət, konfliktlərin səbəbləri və aradan qaldırılması “

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Real TV-nin Xəbərlər proqramına “Ailədaxili şiddət, konfliktlərin səbəbləri və aradan qaldırılması ” mövzusunda müsahibə verdi. O, ailədaxili münaqişələrdə konflikt yaradan faktorlar və onun kökündə dayanan səbəblərin psixoloji aspektlərinə aydınlıq gətirdi.

Elnur Rüstəmov qeyd etdi ki, ailədaxili konfliktlər yaşayan və boşanmış ailələrə sosial-psixoloji yardımın göstərilməsi vacibdir. Xüsusən konfliktli ailələr və eləcə də boşanma ərəfəsində ailələrə sosial-psixoloji yardımın göstərilməsi gələcəkdə yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılmasına müsbət təsir göstərir.

Tezliklə həmin müsahibədən bir hissəni də sizlərlə paylaşacağıq.

Online Qeydiyyat