Psixo-help – “Pandemiya dövründən sonra şagirdlərin məktəbə adaptasiyası”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” layihəsini davam etdirir.

Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Layihə çərçivəsində növbəti görüş 15.10.2021 tarixində saat 11:00-da baş tutacaq.

Qonağımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil və Elmi-metodiki şöbənin müdiri, dosent Hökümə Əliyeva mövzu isə “Pandemiya dövründən sonra şagirdlərin məktəbə adaptasiyası” olacaq.

İştirak ödənişsizdir.

İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 (mobil/ what’s App)

#psixohelp#psixologiya#adaptasiya#şagird#məktəb#pandemiya#pozuntu#psixolojixidmətvəreabilitasiya

Online Qeydiyyat