Rasional Psixologiya İnstitutu

PSİXOLOGİYA ELMİ TƏDQİQAT İNSTİTUNUN ƏMƏKDAŞLIQ ETDİYİ RASİONAL PSİXOLOGİYA İNSTİTUTU HAQQINDA QISA MƏLUMAT

Rasional Psixologiya İnstitutu Albert Ellis İnstitutunun Türkiyə səlahiyyətli olan psixoterapiya mərkəzidir. Rasional Psixologiya İnstitutunun direktoru Dos. Dr. Murat Artırandır. Rasional Psixologiya İnstitutu 2013-cü ildə yaradılıb. Dünyada 39 mərkəzlə əlaqəli olduğu beynəlxalq bir qurumdur. Bu mərkəzlər bir-birləri ilə sıx bağlıdır, hansı ki, bunlar Kolumbiya, Avstraliya, Hindistan, İngiltərə, Almaniya, Hollandiya, Amerikada, İspaniyada, İtaliyada dünyanın digər bir çox ölkəsində yerləşir və digər ölkələrə də nümayəndə göndərir. Rasional Psixologiya İnstitutunun İstanbul və Ankarada da filialları mövcuddur. İstanbulda 2 filialı olan Rasional Psixologiya İnstitutu ümumiyyətlə psixoterapiya təlimi, psixoloji test təlimi və oyun terapiyası təlimi verir. O, həmçinin psixoterapiya xidməti də göstərməkdədir. Mütəxəssisləri uşaq, yeniyetmə, gənclər, böyüklər, ailələrlə işləyir, cütlük terapiyası şəklində onlayn və üzbəüz terapiyalar edir. Bundan başqa Rasional Psixologiya İnstitutu həm də İnstitut kimi elmi araşdırmalar aparır. Araşdırmaları əsasən Albert Ellis İnstitutunun əsas fokuslandığı mövzu olan Rasional Emosional Davranış Terapiyası və Koqnitiv Davranış Terapiyası ilə bağlı olur. Son zamanlarda Motivasiyalı Koqnitiv Davranış Terapiyasının inkişaf etdirilməsi və Pozitiv Psixologiyanın da bu dalğaya qoşulması ilə bağlı tədqiqatlar aparmaqdadır. Bu istiqamətdə olan Rasional Pozitiv Psixologiya dərnəyi və Rasional Pozitiv Psixologiya Assosiasiyası da yaradılmışdır. Beləliklə, Rasional Psixologiya İnstitutunda təlimlər keçirilir, konsultasiya xidməti göstərilir, öz tələbələrini hazırlayır. İnstitut həm dərnək fəaliyyəti, həm də peşəyə töhfə vermək baxımından ödənişsiz seminarlar təşkil edir, maarifləndirici söhbətlər aparır. Bütün bunlardan əlavə, Rasional Psixologiya İnstitutu online dərslər də tədris edir. Psixoloji testlər təlimi hansı ki, bunlar 6 təlim şəklində tədris olunur – Viskar zəka testi təlimi, MMPI şəxsiyyət envanteri testi, Stanford Binet zəka testi, Rəsm çəkmə analizləri, Diqqət testləri, Uşaqlarla bağlı müşahidə texnikaları ve s. kimi təlimləri vardır. Rasional Psixologiya İnstitutunun müəllimləri “Uygulamacının el kitabı” adlı bir kitab yazmışdı.
Hal-hazırda Rasional Psixologiya İnstitutu Psixologiya Elmi Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq etməkdədir və Rasional Psixologiya İnstitutunun direktoru olan Dr. Murat Artıran təşkil etdiyimiz kurs və simpoziumların əsas müəllimlərindəndir.

Online Qeydiyyat