Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursu

29.10.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunu bitirən iştirakçılara Rasional Psixologiya İnstitutunun direktoru Doç.Dr.Murat Artıran tərəfindən SUPERVİZİYA keçiriləcəkdir.

Qeyd edək ki, Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursu Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi Tədqiqat İnstitutunun birlikdə təşkilatçılığı ilə həyata keçirilir. 

Dr. Kristene Doyle, Dos. Dr. Murat Artıran, Professor Zeynep Karataş, Dr. Ezgi Ildırım, Uzman psixoloq Mehmet Artıran kimi dünya səviyyəli elm adamlarının müəllimlik etdiyi bu kursda iştirakçılar Koqnitiv Davranış Terapiyalarının incəliklərini öyrənəcək və Rasional Psixologiya İnstitutu tərəfindən ilkin TƏDBİQİ SERTİFİKATLA təltif olunacaqlar.

İştirakçılar Ellis İnstitutunun direktoru Dr. Kristene Doylenin özündən dərslər alacaq və Amerika Psixologiya Assosiasiyası tərəfindən tanınan Albert Ellis İnstitutu sertifikatını qazanacaqlar. O cümlədən, kursdakı iştirak edən hər kəs Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi mühitinə daxil olmaq, layihə və tədqiqatlarda iştirak etmək şansı əldə edəcək və Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən sertifikatla təltif olunacaqlar.

Əlavə məlumat üçün 0519589488 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat