VII Könüllü Fəaliyyət Proqramının ikinci mərhələsi davam edir

Dəyərli izləyicilərimiz, 20 oktyabr 2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi VII Könüllü Fəaliyyət Proqramının ikinci mərhələsi davam edir.

Müsahibə mərhələsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Aydan Nəzərova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq Mərziyə Əzməmmədova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Marketinq şöbəsinin əməkdaşı Nigar Əsgərova və 6-cı Könüllü Fəaliyyət Proqramının üzvü Nəzrinxanım Mehdiyeva iştirak etmişdir. Müsahibədə namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas istiqamətlərilə bağlı suallar ünvanlamışlar.

Hər birinizə uğurlar arzu edirik!

Online Qeydiyyat