“Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransı keçirilmişdir

22.10.2022-ci il tarixində “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransı keçirilmişdir. Konfansda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, ph.d Elnur Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, əməkdar müəllim, prof. Ramiz Əliyev, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı, Bakı Qızlar Universtetinin təsisçisi, prof. Ağarəhim Rəhimov, prof. Əbdül Əlizadə irsinin layiqli davamçısı, Azərbaycan pedaqogikasına və psixologiyasına böyük töhfələr vermiş oğlu prof. Hikmət Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, əməkdar elm xadimi, prof. Fərrux Rüstəmov, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, dosent Edison Quliyev, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Məktəbəqədər tərbiyə kafedrasının müdiri, prof. Müseyib İlyasov, prof. Əbdül Əlizadə irsinin layiqli davamçılarından biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müəllimi, nəvəsi psixologiya üzrə fəlsəfə doktoru Səbinə Əlizadə və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev çıxış etmişdir.

Online Qeydiyyat