“Azərlotereya” ASC Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə memorandum imzalayıb

Şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasına (EL) üzv olan “Azərlotereya” ASC “Məsuliyyətli oyun” konsepsiyasının tətbiqini genişləndirir.

Lotereya və idman mərc oyunları həvəskarları üçün *2070 “Məsuliyyətlə oyna!” dəstək xəttini istifadəyə verən şirkət bu istiqamətdə görülən işlərin davamı olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə memorandum imzalayıb.

“Azərlotereya” ASC-nin Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığına əsasən *2070 dəstək xəttinə müraciət edən oyunçular Psixologiya Elmi-Tədqiqat İnstitutuna yönləndiriləcək.

Həmin şəxslər birbaşa müraciət etdikdən sonra onlara müvafiq yardım göstərilməsi istiqamətində maarifləndirmə və dəstək xidməti təmin ediləcək.

Online Qeydiyyat