Rasional Emosional & Koqnitiv Davranış terapiyası kursunun iştirakçıları ilə görüş keçirilmişdir

24.10.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Emosional & Koqnitiv Davranış terapiyası kursunun iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik (tibbi) psixoloq Fuad Əsədovun nəzarəti ilə iştirakçıların terapevtik bacarıqların inkişaf edilməsi, müraciət edən şəxsə ABC modelini izah etmək və çürütmə etmək praktikaları məşq edilmişdir.

Qeyd edək ki, Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursu Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi Tədqiqat İnstitutunun birlikdə təşkilatçılığı ilə həyata keçirilir. 

Dr. Kristene Doyle, Dos. Dr. Murat Artıran, Professor Zeynep Karataş, Dr. Ezgi Ildırım, Uzman psixoloq Mehmet Artıran kimi dünya səviyyəli elm adamlarının müəllimlik etdiyi bu kursda iştirakçılar Koqnitiv Davranış Terapiyalarının incəliklərini öyrənəcək və Rasional Psixologiya İnstitutu tərəfindən ilkin TƏDBİQİ SERTİFİKATLA təltif olunacaqlar.

İştirakçılar Ellis İnstitutunun direktoru Dr. Kristene Doylenin özündən dərslər alacaq və Amerika Psixologiya Assosiasiyası tərəfindən tanınan Albert Ellis İnstitutu sertifikatını qazanacaqlar. O cümlədən, kursdakı iştirak edən hər kəs Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi mühitinə daxil olmaq, layihə və tədqiqatlarda iştirak etmək şansı əldə edəcək və Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən sertifikatla təltif olunacaqlar.

Klinik psixoloq Fuad Əsədova zəngin bilik və təcrübələrini bölüşdüyü üçün təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Online Qeydiyyat