Psixologiya Elmi-Tədqiqat İnstitutu Bakı Dövlət Universitetində keçirilən Karyera sərgisində iştirak etmişdir

26.10.2022-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) Karyera sərgisi keçirilib. Sərgidə Azərbaycanda fəaliyyət göstərən 50-dək dövlət və özəl şirkət iştirak edib.

Sərginin təşkilində əsas məqsəd əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına kömək etmək olmuşdur. Sərgi həm iştirakçı şirkətlər, həm BDU, həm də tələbələr üçün faydalı olmuşdur. Çünki belə sərgilər əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu müəyyənləşdirməyə imkan yaradır.

Açılış mərasimində Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev sərginin əhəmiyyətindən, gənclərin sərgidən yararlanmasının faydasından danışmış, eyni zamanda, iştirakçılara uğurlar arzulamışdır. Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu sərgidə 50 şirkətdən biri olaraq iştirak etmişdir. Sərgidə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Şərifov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və Davranış Tədqiqatları Laboratoriyasının icraçı direktoru koqnitiv nevrologiya üzrə fəlsəfə doktoru Nadir Əlirzalü və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak etmişdir. Sərgidə tələbələrdə böyük marağa səbəb olan reabilitasiya xidmətlərimiz, Neuro-psixoloji aparatlarımız, kurs və təlimlərimiz,çap olunan kitablarımız, metodik vəsaitlərimiz, aparılan tədqiqat işlərimiz haqqında ətraflı məlumat verilmiş, tələbələr üçün psixodiaqnostik dəyərləndirmə aparılmışdır. Xidmətlərimiz, gördüyümüz işlər böyük maraqla qarşılandı.

Online Qeydiyyat