Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursu

Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran 29-30.10.2022-ci ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun dərslərini tədris etmişdir.

Qeyd edək ki, Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursu Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi Tədqiqat İnstitutunun birlikdə təşkilatçılığı ilə həyata keçirilir.  İştirakçılar Ellis İnstitutunun direktoru Dr. Kristene Doylenin özündən dərslər alacaq və Amerika Psixologiya Assosiasiyası tərəfindən tanınan Albert Ellis İnstitutu sertifikatını qazanacaqlar. O cümlədən, kursdakı iştirak edən hər kəs Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi mühitinə daxil olmaq, layihə və tədqiqatlarda iştirak etmək şansı əldə edəcək və Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən sertifikatla təltif olunacaqlar.

Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran eyni zamanda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov və əməkdaşlarla birlikdə Psixologiya İnstitutu ilə tanış olmuş, Fuad İbrahimbəyov adına Tarixi muzeydə xatirə şəkli çəkdirmişdir. Dos.Dr.Murat Artıran və PhD Elnur Rüstəmov gələcəkdəki layihələr, gələcək planlar haqqında müzakirələr aparmışdır.

Online Qeydiyyat