Ailə Psixoterapiyası İxtisasartırma Təhsilinin iştirakçıları proqramı uğurla başa vurdular

Türkiyənin Yıldız Teknik Üniversitesi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Ailə Psixoterapiyası İxtisasartırma Təhsili uğurla başa çatmışdır. 450 saatlıq (6 aylıq) proqramı nailiyyətlə başa vuran iştirakçılar sertifikatla təqdim olunmuşlar.

Sertifikatların təqdim edilmə mərasimində Türkiyənin Yıldız Teknik Üniversitesinin Eğitim Fakültesi dekanı Prof.Dr.Mehmet Engin Deniz və Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov çıxış etmiş və iştirakçıları proqramı müvəffəqiyyətlə başa vurduqları üçün təbrik etmiş, onlara sertifikatlarını təqdim etmişlər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Ailə Psixoterapiyası İxtisasartırma Təhsilinin iştirakçılarını proqramı müvəffəqiyyətlə bitirdikləri üçün təbrik edir və onlara uğurlar arzu edirik!

Online Qeydiyyat