“Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutmuşdur

“Peşəkar Psixoloq” Təcrübə Proqramının 11-ci qrupunun növbəti dərsi 03.11.2022-ci il tarixində, hibrid – həm canlı, həm də online şəkildə baş tutmuşdur. Dərsin mövzusu “Art terapiya” olmuşdur. Dərsdə iştirakçılar praktik olaraq “Art terapiyanın növləri”, “Art terapiya necə tətbiq edilir”, “Art terapiya zamanı hansı texnikalardan istifadə olunur”, “Art terapiyada kollaj analizi” haqqında bilikləri mənimsəmişdilər.

Qeyd edək ki, təcrübə proqramı Psixologiya Elmi-Tədqiqat İnstitutu Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, doktorant Mətanət Əliyeva tərəfindən tədris olunur.

Hər dərsdə mövzu üzrə zəruri biliklər iştirakçılara çatdırılır, praktik texnikalarının tətbiqi öyrədilir, dərs materialları və slaydlar iştirakçılara təqdim edilir.

Peşəkarlıqla tədris olunan kurs üçün Mətanət xanıma təşəkkürümüzü bildirir və iştirakçılara uğurlar arzu edirik!

Siz də “Peşəkar Psixoloq” Təcrübə Proqramımıza qoşulmaq istəyirsinizsə, 070 268 27 08 (mobil/what’s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat