Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun növbəti dərsi baş tutmuşdur

Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun növbəti dərsi online şəkildə Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir. Dərs 05.11.2022-ci il tarixində, saat 15:00-22:00 aralığında baş tutmuşdur.

Təlimçi Amerika Koqnitiv Davranış Terapiyası Akademiyasının üzvü Prof.Dr.Zeynep Karataş “Bilişsel Terapi ve Bilişsel Davranışçı Terapi” mövzusunda çıxış etmişdir. Prof.Dr.Zeynep Karataş Aaron Beck, CBT-də avtomatik düşüncələr, ara inanclar və təməl inanclar barədə ətraflı məlumat vermiş, iştirakçılarla fikir mübadiləsi aparmışdır. Eyni zamanda düşüncə xətalarının rollu oyun vasitəsilə praktiki izahını vermişdir.

Öz təcrübəsini və biliklərini bölüşdüyünə görə Prof.Dr.Zeynep Karataşa təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat