Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun növbəti dərsi baş tutmuşdur

Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun növbəti dərsi online şəkildə Zoom platforması üzərindən həyata keçirilmişdir. Dərs 06.11.2022-ci il tarixində, saat 15:30-22:30 aralığında baş tutmuşdur.

Təlimçi Amerika Koqnitiv Davranış Terapiyası Akademiyasının üzvü Prof.Dr.Zeynep Karataş “Bilişsel Terapi ve Bilişsel Davranışçı Terapi” mövzusunda çıxış etmişdir.  Prof.Dr.Zeynep Karataş Bilişsel Davranışçı Terapinin mərhələlərindən bəhs etmiş, iştirakçılarla real keys üzərindən praktiki çalışmalar etmişdir. İştirakçıların aktiv iştirakı zamanı, onlarla fikir mübadiləsi aparılmış, keys üzərində çalışaraq öz fikirlərini bildirmişdirlər.

Öz təcrübəsini və biliklərini bölüşdüyünə görə Prof.Dr.Zeynep Karataşa təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat