“Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində “Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib. Qeyd edək ki “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Xəzər televiziyasında yayımlanan “Təsir Dairəsi” verlişinin aparıcısı tanınmış jurnalist Lalə Azətaşdır.

Bu tədbirdə azərbaycan, rus və ingilis dillərində olan https://loveshusha.com saytının və “Şuşanın 270 anı” jurnalının təqdimatı olmuşdur. Layihə çərçivəsində hər 3 istiqamətdə ərsəyə gətirilən iş cəmiyyət və tədbirdə iştirak edənlər tərəfindən xoş rəğbətlə qarşılandı və bir daha mədəniyyət mərkəzi olan Şuşa ilə bağlı yaddaşımızı təzələdi.

“Şuşanın 270 anı” adlı tədbirdə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Yaş İnkişaf Psixologiya Şöbəsinin kiçik elmi işçisi Narınc Rüstəmova, Yıldız Teknik Universitetinin Eğitim Fakültəsinin Dekanı, Prof.Dr.Mehmet Engin Deniz, Yıldız Teknik Universitetinin Doç.Dr.Seydi Ahmet Satıcı iştirak etmişdirlər.

Bəli Şuşa Türk dünyasının mədəniyyət paytaxtı Qarabağın mirvarisidir.

Qarabağ Azərbaycandır!

Online Qeydiyyat