9 noyabr- Ramiz Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın görkəmli psixoloqu, pedaqoji, etnik, şəxsiyyət, differensial psixologiya, psixologiya tarixi sahəsində tanınmış mütəxəssis, psixologiya elmləri doktoru, professor Ramiz Əliyevin doğum günüdür.

Professor Ramiz İbrahim oğlu Əliyev 9 noyabr 1954-cü ildə Gədəbəy rayonunun  axarlı-baxarlı Arısu kəndində  müəllim ailəsində  dünyaya gəlib.

Geniş elmi erudisiyaya, nəzəri və praktik hazırlığa malik olan Ramiz müəllimin dünya şöhrətli rus, Ukrayna və Azərbaycan psixoloqlarından dərs alması, onlarla birlikdə tədqiqat aparması pillə-pillə onu ucaldıb,  şöhrətin uca zirvəsinə yüksəldib. 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şuranın üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyevi təbrik edir, uzun ömür, can sağlığı arzu edirik.

Online Qeydiyyat