VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi

12.11.2022-ci il tarixində İnstitutumuzda VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

Təlim Metaforik Assossiativ Kartlar mövzusuna həsr olunmuş və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyevanın təqdimatında baş tutmuşdur.

Təlimdə “Metaforik Assosiativ Kartlar nədir?”, “Hansı növləri var?”, “Hansı problemlərin korreksiyasında istifadə edilir?”, “Hansı istifadə qaydaları var?” kimi əsas məsələlərə toxunulmuşdur.

Mətanət xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi və təlimin sonunda onların suallarını cavablandırdı.

Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Mətanət xanıma dərin təşəkkürümüzü bildirir, VII Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Online Qeydiyyat