Türkiyənin İstiqlal küçəsində partlayış baş vermişdir

Türkiyənin İstanbul şəhərinin mərkəzində – Taksim meydanına çıxışı olan məşhur İstiqlal küçəsində partlayış baş verib.

Hadisə dünən saat 17:00 radələrində, mağazanın önündə yaşanıb. Partlayış nəticəsində 6 nəfər həyatını itirmiş, 81 nəfər yaralanmışdır.

Qeyd edək ki, partlayışı törədən qadın saxlanılıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq partlayış nəticəsində həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Online Qeydiyyat