“Tibb heyətinə psixoloji dəstək proqramı”nın növbəti dərsi baş tutmuşdur

15.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin ikinci dərsi keçirilmişdir.

Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova tərəfindən tədris olunmuşdur.

Təlimdə “Stresin idarə olunması nə deməkdir” və “Stresin fərdi idarə olunması” mövzusundan bəhs olunmuşdur. Dərs zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.

Dərsin sonunda Ülviyyə xanım iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.

Online Qeydiyyat