CBT Klub üzvlərinin növbəti görüşü baş tutdu

Bugün Psixologiya Elmi-Tədqiqat İnstitutunda CBT Klubunun üzvləri ilə görüş keçirilmişdir. Görüşdə klubun rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov klub üzvləri ilə maraqlı faktlar bölüşmüş, müxtəlif fikir mübadilələri aparmışdır.

CBT klub üzvlərinin fikirləri dinlənilmiş, gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında danışılmışdır. Qeyd etmək istəyirik ki, CBT klubda yaxın gələcək üçün maraqlı təlimlər, seminarlar və keys analizləri, görüşlər və digər layihələr nəzərdə tutulub. Klubumuz öyrənməyə və öyrətməyə həvəsli olan hər kəs üçün nəzərdə tutulub və məqsədimiz dünyanın ən yaxşı terapiyalarından biri hesab olunan Koqnitiv Davranış Terapiyasının ölkəmizdə inkişafını və insanların bu barədə maariflənməsini təmin etməkdi.

Son məqalələr

Online Qeydiyyat