“Uşaqlarda cinsi inkişaf mərhələsində rast gəlinən problemlər” adlı vebinarımız baş tutmuşdur

26.11.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və Aysmed Klinikasının Ginekoloq – endokrinoloqu Gülnarə İsmayılovanın təqdimatında “Uşaqlarda cinsi inkişaf mərhələsində rast gəlinən problemlər” adlı vebinarımız baş tutmuşdur. Vebinar Microsoft Teams platforması üzərindən onlayn şəkildə həyata keçirilmişdir.

Təlimdə yeniyetmələrin cinsi inkişafı və bu zaman yarana bilən tibbi və psixoloji problemlərin aradan qaldırılması üsulları haqqında danışıldı, iştirakçıların sualları cavablandırıldı.

Öz zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Mətanət Əliyeva və Gülnarə İsmayılovaya minnətdarlığımızı bildiririk.

Online Qeydiyyat