Rasional Emosional & Koqnitiv Davranış Terapiyası Kursunun növbəti dərsi baş tutmuşdur

Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası Kursunun növbəti dərsi Dr.Ezgi Ildırım tərəfindən “Rasional Emosional Davranışçı Terapiyanın təməlləri” mövzusuna həsr olunmuşdur. Dərs online şəkildə Zoom platforması üzərindən həyata keçirilmişdir.

Dərsdə Dr.Ezgi Ildırım öncəki dərslərin xatırlatmasını etmiş, sual-cavab əsasında aktiv müzakirə aparmış daha sonra yeni dərsə keçid etmişdir. Dərsdə “Sağlam və Sağlam olmayan neqativ hisslərin yaratdığı klinik problemlər, keyzlərə əsasən irrasional inanclar və onlara uyğun rasional inancların təyin edilməsi, Obsessiv-Kompulsiv Pozuntudan əziyyət çəkən insanlarda dəyərləndirmələrin aparılması və diqqət etməli olduğumuz məqamlar” barədə ətraflı məlumat verildi.

Maraqlı dərs və aktiv müzakirələrə görə, öz zəngin bilik və bacarlıqlarını iştirakçılarla bölüşdüyü üçün Dr.Ezgi Ildırıma təşəkkürlərimizi bildiririk.

Online Qeydiyyat