“STOP bulling empatiya klubu” layihəsinin icra planına əsasən şagirdlərin psixoloqla görüşü olmuşdur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qrant qazanmış “STOP bulling empatiya klubu” layihəsinin icra planına əsasən şagirdlərin psixoloqla görüşü olmuşdur. Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova olmuşdur.

Ülviyyə xanım şagirdlərlə “korlanmış velosiped” metodikasını keçirmişdir. Metodika şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Təlimin sonunda şagirdlərin sualları cavablandırılmışdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq şagirdlərə uğurlar arzu edirik.

Online Qeydiyyat